1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boksçularımız test yarışında 14 medal qazandı
"Crystal Hall"da "Bakı 2015" I Avropa Oyunlarına test xarakterli "Boyuk Ipek Yolu" beynelxalq boks turniri keçirilib. Sportnet.az-ın məlumatına görə, 11 ölkədən 80 idmançının qatıldığı yarışda Azərbaycan millisi 14 medal qazanıb.
Boksçularımız 10 çəki dərəcəsində 7-də qalib olublar. Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Elvin İsayev (60 kq), Lorenso Sotomayor (64 kq), Tamerlan Abdullayev (69 kq), Xaybula Musalov (75 kq) və Teymur Məmmədov (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Kamran Mehdiyev (+91 kq) gümüş medala yiyələnib. Bürünc medalı isə 6 boksçumuz - Cavid Dadaşov (49 kq), Kənan Hüseynəliyev (56 kq), Elnur Əliyev (64 kq), Yevgeni Ramaşkeviç (69 kq), Nikolay Veselov, Kamran Şahsuvarlı (hər ikisi 75 kq) aktivinə yazıb.
Qeyd edək ki, I Avropa Oyunlarında boks yarışları 16 - 27 iyunda keçiriləcək.