1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA “Rəvan”a qarşı araşdırmalara başladı
AFFA "Rəvan” klubuna qarşı araşdırmalara başlayıb. Bu barədə Sportnet.az-a AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.
O bildirib ki, "Rəvan”da AFFA tərəfindən köçürülmüş vəsaitin təyinatı üzrə sərf olunmamasına dair şübhələr yaranıb: "Bu klub bir uşaq komandasını saxlaya bilmir. Klublarda futbol akademiyası işini "Rəvan”da davam etdirdik. Bunu onlara stimul olması üçün etdik. Ora idman direktoru verdik, bütün yerli məşqçilərin maaşını ödəyirik, avadanlıqla təmin edirik. Amma bugünlərdə U-14 Elit Kubokunda "Rəvan” komandasını köhnə geyimdə gördük. Halbuki geyimləri onlar üçün AFFA təzə vəziyyətdə alıb, pulunu da köçürüb. İndi şübhə yaranıb ki, həmin vəsaitlə böyüklərdən ibarət komandanı geyindiriblər”.
E.Məmmədov araşdırmaların nəticəsinin martda bəlli olacağını söyləyib. Onun sözlərinə görə, nəticə müsbət olsa, AFFA bu layihəni "Rəvan”da dayandıracaq, həmin klubdakı idman direktorunu başqa kluba keçirək: "Ola bilsin, "Rəvan” rəhbərliyi baş verənlərdən xəbərsiz idi. Ona görə də biz artıq rəsmi olaraq, ötən həftə birbaşa rəhbərliyə müraciət etmişik. Bəlkə ordakı bəzi insanlar işə məsuliyyətsiz yanaşırlar. Belə görünür ki, bəzi hallarda bəzi insanlar vəsaitdən düzgün istiqamətdə istifadə etmirlər”.