1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məmmədyarov Aronyanla heç-heçə etdi
ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin IV turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.
Turun digər görüşlərinə gəldikdə, rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Hazırda hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla norveçli hazırkı dünya çempionu Maqnus Karlsen qarşılaşır. Eyni zamanda Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) və Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ) görüşləri keçirilir.
Qeyd edək ki, 10 şahmatçının mübarizə apardığı "Sinquefield Cup" 300 min dollar mükafat fonduna malikdir. Qalib 75 min dollar qazanacaq.