Salvadorlu boksçu Aleksis Navidad paytaxt San-Salvadorda silahlı hücuma məruz qalıb.
Sportnet.az-ın "Essentially Sports"a istinadən verdiyi məlumata görə, hadisə 22 yaşlı idmançının evinin qarşısında baş verib.
Amerikalı boksçu aldığı yerindəcə keçinib. Hadisə nəticəsində daha iki nəfərin yaralandığı bildirilib.
Salvador Milli İdman İnstitutunun prezidenti Yamil Bukele 14 yaşından boksla məşğul olan Navidadın heç bir cinayət fəaliyyəti ilə əlaqəsinin olmadığını söyləyib.
Qeyd edək ki, peşəkar səviyyədə cəmi 1 döyüş keçirmiş gənc boksçu 2017-ci ildəki qarşılaşmada həmyerlisi Antonio Qaleanonu məğlub edib.