
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib.
Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.
Bu gün, həmçinin, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşəcəklər.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 6 medalla komanda hesabında Avropa çempionu olublar. Yarış aprelin 23-də başa çatacaq.
----------
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Yovita Vrjeşenə 5:0 hesabı ilə qalib gəlib.
53 kq-da yer alan Türkan Nəsirova isə finala gedən yolda isveçli Emma Malmqrenlə bacarmayıb. Rəqibinə "tuş"la məğlub olan idmançı bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elnurə Məmmədova (55 kq) isə bürünc medal görüşünə çıxacaqlar.
-----------
Bu gün Azərbaycanın daha beş qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, Türkan Nəsirova (53 kq) təsnifat mərhələsində Mariya Spirkovska (Şimali Makedoniya) ilə qarşılaşacaq.
Jalə Əliyeva (57 kq) 1/4 finalda Anna Şel (Macarıstan) - Yelena Brügger (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Birgül Soltanova (62 kq) təsnifatda Viktoriya Vessoyla (Estoniya) ilə görüşəcək.
Elis Manolova (65 kq) 1/4 finaldakı rəqibi İrina Rinqaci (Rumıniya) - Kendra Daçer (Fransa) duelinin güclüsü olacaq.
Nigar Mirzəzadə (72 kq) təsnifatda Lyudmila Tiçina (Ukrayna) ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başa vurublar və komanda hesabında da çempion olublar.
Əlavə edək ki, yarışa aprelin 23-də yekun vurulacaq.