1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şeytan tükü
Tarix təkrarlandı. Son çempion yenə qrupda qaldı. 2002-ci il dünya çempionatında Fransa, 2010-cu il mundialında İtaliya belə uğursuzluğa düçar olmuşdu. İndi də İspaniya yığması Braziliyada məğlubiyyətləri sıraladı.
Fransızların və İtalyanların 1/8 finala çıxa bilməmələrini araşdırarkən bir nəticəyə gəlmək olur. Bu, arxayınçılıqdan baş verib. Çünki Fransa DÇ-2002-də qrupda qalandan sonra qocalmış Zinəddin Zidan, Tyerri Anri, David Trezege ilə növbəti mundialda finaladək irəlilədi. Eləcə də İtaliya AÇ 2012-də finaladək irəlilədi. Bəs 2008 və 2012-ci illərin Avropa, 2010-cu ilin dünya çempionu İspaniya barədə bunu demək olarmı? Təbii ki, arxayınçılıq da olub. Lakin bu təkcə arxayınçılıqla əlaqədar deyil, daha ciddi səbəblər də var.
Səbəblərdən biri heyətin qocalmasıdır. İspaniya 32 komanda arasında qocalığına görə səkkizincidir.
Bundan başqa "Barselona”nın zəifləməsini məğlubiyyətin əsas səbəblərdən biri kimi göstərmək olar. 2010, 2012-ci illərdə mütəxəssislər deyəndə ki, İspaniya "Barselona” kimi oynayır, Visente del Boske "Belə deyil” deyərək, özünə əl qatmışdı. Bu sözləri Del Boske özünə təhqir sayırdı. İndi buyur, oyna! Bu mövsüm "Barsa”nın oyun üslubu itən kimi İspaniyanınkı da getdi.
İspan klublarının avrokuboklarda finaladək irəliləməsi səbəbindən yaranan yorğunçuluq da qrupda qalmanın səbəblərdən sayıla bilər. Bura xüsusən, millinin bir çox üzvünü özündə cəmləşdirən "Real Madrid” və "Atletiko”nu aid etmək olar.
Nəhayət, İker Kasillas barədə. Bu futbolçu 2000 ci ildə "Real Madrid”lə Çempionlar Liqasının qalibi olanda heç 20 yaşı yox idi. Həmin gün o, veteran futbolçuların quçağına sığınıb uşaq kimi ağlayırdı. Bu qapıçı o vaxtdan uğurla çıxış edib və qazanılması mümkün olan bütün titulları demək olar ki, qazanıb. Ancaq Joze Mourinyo "kral klubu”nda ehtiyata atdıqdan sonra bu qapıçının işləri laxlamağa başlayıb.
Əslində Mourinyo kimə bəd nəzər salırsa, o, demək olar ki, məhv olur. Andrey Şevçenkonun "Çelsi”yə getdikdən sonra necə əriyib itdiyinə hamı şahiddir. İndi də Kasilyas. Necə olur ki, adam 12-13 il yaxşı qapıçı sayılır, amma karyerasının zirvəsində səhvlərə yol verməyə başlayır? Bəli, 33 yaş qapıçı üçün ən ideal dövrdür. Deyəsən, Mourinyoda şeytan tükü var.
İspaniya yığması dünya çempionatında mərthələ adlaya bilmədiyi gün ölkənin yeni kralı taxt-tacını atasından aldı. İndi taxtda yeni kraldır. İspaniya yığması isə taxtdan salındı. Vəliəhdin kimliyini iyulun 13-dək gözləməli olacağıq.
Amma gəlin, reallıqdan uzaqmayaq. danışaq. O reallıqdan ki, "Real”ın sabiq baş məşqçisinin rəhbərlik etdiyi komanda dünya çempionatı ilə vidalşdı. Elə Del Boske də...