İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, artıq ilk 1/4 finalçılar müəyyənləşib.
Bu, Rail Məlikovla Əliyar Ağayevdir.
Əgər FİFA referisi Kolumbiya - Uruqvay görüşünün dəqiq nəticəsini müəyyənləşdirərək, Ceyhun Sultanov üzərində inamlı qələbə qazandısa, Braziliya - Çili matçına proqnozun qalibini "qızıl xallar" müəyyənləşdirdi.
Nə Rail Məlikov, nə də Zamiq Hüseynov oyunun əsas vaxtının heç-heçə bitəcəyini düzgün proqnozlaşdıra bilməyib. Bu səbəbdən qrup mərhələsində daha çox xal toplayan Rail Məlikov cütlüyün qalibi elan edilib və o, adını 1/4 finala yazdırıb.
Rail Məlikov (4) (futbolçu) –2:1 - Qalibi düzgün məüəyyənləşdirə bilməyib. Xal ehtiyatını artıra bilməyib.
Zamiq Hüseynov (3) (futbol funksioneri) - 2:0 - Qalibi düzgün məüəyyənləşdirə bilməyib. Xal ehtiyatını artıra bilməyib.
Əliyar Ağayev (4) (hakim) – 2:0 - Qalibi və nəticəni düzgün müəyyənləşdirib. Aktivinə 10 xal yazdırıb.
Ceyhun Sultanov (3) (futbol funksioneri) – 1:1 - Qalibi düzgün məüəyyənləşdirə bilməyib. Xal ehtiyatını artıra bilməyib.
Beləliklə də, ilk 1/4 final cütlüyü müəyyənləşib.
Rail Məlikov (4) və Əliyar Ağayev (14) Braziliya - Kolumbiya görüşünə proqnoz vərəcəkər.
Qeyd. Mötərizədə iştirakçıların "qızıl xallar”ı göstərilib.