
"Bu qələbəyə çox şadam. Biz tarixə düşdük. Axı əvvəllər komandamız heç vaxt dünya çempionatının 1/4 finalına çıxmamışdı". Sportnet.az-ın məlumatına görə, bunu Kolumbiya yığmasının hücumameylli yarımmüdafiəçisi Xames Rodriges DÇ-2014-ün 1/8 finalında Uruqvayı 2:0 hesabı ilə yendikləri matçdan sonra deyib.
Rodriges növbəti mərhələdə Kolumbiyanın rəqibi olacaq Braziliyanın ünvanına da mesaj göndərib: "Arzularımız gerçəkləşir. Amma biz daha çoxunu istəyirik. Bu komanda qalib gəlmək istəyir. Növbəti rəqibimiz Braziliyanın təqdimata ehtiyacı yoxdur. Amma heç bir təzyiq və qorxu hiss etmirəm. Braziliyalılar bizdən qorxmalıdırlar, çünki itiriləsi bir şeyimiz yoxdur. Əminəm ki, maraqlı matç olacaq. Hücum etməyi sevən və bacaran iki komanda qarşılaşacaq".
Qeyd edək ki, Xames Rodriges hazırda 5 qolla DÇ-2014-ün bombardiridir.