
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, gecə saatlarında 2-ci 1/4 finalçı cütlüyü müəyyənləşib.
FİFA referisi Anar Salmanov Hollndiyanın əsas vaxtda qalib gələcəyini düzgün proqnozlaşdırsa da, keçmiş ümumittifaq dərəcələ hakim Rüstəm Rəhimov dəqiq nəticəni tapmaqla, gənc həmkarını 1/4 finaldan kənarda qoyub.
Kosta Rika - Yunanıstan görüşünə proqnoz verənlər - həm Tural Xudiyev, həm də Georgi Nikolov - əsas vaxtın bərabərliklə başa çatağacağını düzgün müəyyənləşdirə bilməyib. Ancaq qrup mərhələsində daha çox xal toplayan "Space"TV-nin əməkdaşı "qızıl xal" qaydalarına əsasən 1/4 finala yüksəlib.
Beləliklə, 2-ci 1/4 final cütlüyünü Rüstəm Rəhimovla (13) Tural Xudiyev (5) təşkil ediblər. Onlar Hollandiya - Kosta Rika görüşünə proqnoz verəcəklər.
Daha öncə Rail Məlikovla (4) Əliyar Ağayev (14) də 1/4 finala adlayıb. Onlar Braziliya - Kolumbiya görüşünə proqnoz verəcəklər.
Qeyd. Mötərizədə iştirakçıların "qızıl xallar”ı göstərilib.