
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov Fransanın əsas vaxtda qalib gələcəyini düzgün müəyyən etməyi bacarsa da, Ruslan Əmircanova uduzub. "Qəbələ"nin futbolçusu son dəqiqəyədək Seyidovla "duel"də məğlub vəziyyətdə olsa da, Yobonun vurduğu avtoqol onu 1/4 finala daşıyıb.
Almaniya - Əlcəzair görüşünə proqnoz verənlər - həm Asim Xudiyev, həm də Tahir Hümmətov - əsas vaxtın bərabərliklə başa çatağacağını düzgün müəyyənləşdirə bilməyib. Ancaq qrup mərhələsində daha çox xal toplayan həmkarımız "qızıl xal" qaydalarına əsasən 1/4 finala yüksəlib.
1/8 final. Fransa - Nigeriya 2:0
Ruslan Əmircanov (3) (futbolçu) – 2:0 - Nəticəni dəqiq müəyyənləşdirib. Aktivinə 10 xal yazdırıb.
Yaşar Seyidov (4) (futbol funksioneri) – 2:1 - Qlibi düzgün müəyyənləşdirib. Aktivinə 3 xal yazdırıb.
1/8 final. Almaniya-Əlcəzair 0:0
Asim Xudiyev (3) (futbol veteranı) – 2:0 - Qalibi düzgün müəyyənləşdirməyib. Xal ehtiyatını artıra bilməyib.
Tahir Hümmətov (4) (jurnalist) – 3:1 - Qalibi düzgün müəyyənləşdirməyib. Xal ehtiyatını artıra bilməyib.
Beləliklə də, daha bir 1/4 final cütlüyünün iştirakçıları müəyyən edilib. Ruslan Əmircanov (13) və Tahir Hümmətov (4) Fransa - Almaniya oyununa proqnoz verəcəklər. Bunadək müəyyən edilən cütlüklər:
Rail Məlikov (4) - Əliyar Ağayev (14)
Rüstəm Rəhimov (13) - Tural Xudiyev (5)
Qeyd. Mötərizədə iştirakçıların "qızıl xallar”ı göstərilib.