
Bu gün Çempionlar Liqası və Avroliqada 2014/15 mövsümü start götürür.
Sportnet.az-ın məlumatına görə, Çempionlar Liqasında ilk oyun Andorrada baş tutacaq.
Həmin görüşdə yerli "Santa Koloma” Ermənistan "Banants”ını qəbul edəcək.
Avropa Liqasının ilk oyunları isə Lüksemburq və Maltada keçiriləcək:
"Jeness ""Dundalk"ı (İrlandiya), "Slima
Vanderers" isə "Ferentsvaroş"u qəbul edəcək.
Qeyd edək ki, qitənin ən böyük klub turnirində Azərbaycanı təmsil edən
"Qarabağ" yarışa II təsnifat mərhələsindən qoşulacaq. Ölkə çempionu iyulun
10-da Maltada "Valletta" ilə qarşılaşacaq.
Avroliqanın I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq
"İnter" və "Qəbələ" klubları isə iyulun 3-dən turnirə start
verəcəklər. "Bankirlər" səfərdə Moldova "Tiraspol"u,
"qırmızı-qaralar" isə Qəbələdə Bosniya və Herseqovinanın "Şiroki
Briyeq" klubu ilə qarşılaşacaq. Avoliqadakı digər təmsilçimiz – Azərbaycan
Kubokunun sahibi "Neftçi" isə turnirə II təsnifat mərhələsindən
qatılacaq. Böyükağa Hacıyevin yetirmələri "Koper" (Sloveniya) və Çelik (Çernoqoriya) cütlüyünün qalibi ilə
qarşılaşacaq.
Çempionlar Liqası, I təsnifat mərhələsinin ilk oyunları
23:00. "Santa Koloma" (Andorra) - "Banants" (Ermənistan)
23:30. "La Fiorita" (San-Marino) - "Levadiya"
(Estoniya)
Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunları
20:45. "Jeness " (Lüksemburq) - "Dundalk"
(İrlandiya)
20:45. "Slima Vanderers" (Malta) - "Ferentsvaroş"
(Macarıstan)
21:00. "Şkendiya" (Makedoniya) - "Zimbru" (Moldova)