
İngilətərənin Esseks qraflığının sakini DÇ-2014-ün yarımfinalında qarşılaşan Braziliya - Almaniya görüşünün dəqiq nəticəsini proqnozlaşdıraraq, 2500 avro qazanıb. Sportnet.az-ın "The Telegraph"a istinadən məlumatına görə, cəmi 5 avro pul qoyuluşu edən xoşbəxt oyunçu "Bundestim"in 7:1 hesabı ilə qalib gələcəyini proqnozlaşdırıb.
Bukmekerlərin bu nəticəyə verdikləri əmsal isə 500 olub.
Qeyd edək ki, bu qələbə sayəsində almanlar DÇ-2014-ün finalına yüksəliblər.