
DÇ-2014-də qara bazarda bilet satışının təşkilində şübhəli bilinən FİFA-nın biznes tərəfdaşı Rey Uilan Braziliya polisinə təslim olub. Sportnet.az-ın "Reuters"ə istinadən məlumatına görə, Uilan 4 gün idi ki, hüquq-mühafizə orqanlarından gizlənirdi.
Ötən həftə polis tərəfindən dindirilən və azadlığa buraxılan 64 yaşlı iş adamı günahsız olduğunu bildirib. Lakin Braziliya polisi beynəlxalq fırıldaqçılar qrupunun DÇ-2014-ün oyunlarına bilet satışından əldə etdiyi 90,5 milyon dollarda Uilanın da əlinin olduğunu iddia edir.
Qeyd edək ki, fırıldaqçıların son 16 ildə məhz bu sahədə ixtisaslaşdığı iddia olunur.