Əlcəzair milli komandasına yeni baş məşqçi təyin olunub. Sportnet.az-ın məlumatına görə, bu, Kristian Qurküfdür.
Fransalı mütəxəssis bu postda Vahid Halilhociçi əvəzləyib. Halilhociçin rəhbərliyi altında Əlcəzair millisi DÇ-2014-də 1/8 finaladək irəliləyib. Komandanın qarşısını sonradan dünya çempionu olan Almaniya kəsib. Sonradan təcrübəli mütəxəssis Əlcəzair Futbol Federasiyası ilə müqaviləsini uzatmaqdan imtina edib. O, Türkiyə "Trabzonspor"unun baş məşqçi postuna təyin olunub.
Qeyd edək ki, Kristian Qurküff əvvəllər Fransanın "Loryan", "Renn" və "Le Man" klublarında çalışıb. Onun yeni anlaşması avqustun 1-dən qüvvəyə minəcək. Quküffün qarşısına Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə məqsədi qoyulub.