Belarus Milli Olimpiya Komitəsi Viktor Lukaşenkonun yenidən prezident seçildiyini elan edib.
Sportnet.az xəbər verir ki, o, 2021-ci ilin fevralından bəri bu vəzifəni daşıyır. Bu barədə təşkilatın saytında məlumat verilir.
Seçkilər yanvarın 15-də Minskdə keçirilib. Lukaşenkonun namizədliyini komitənin 82 üzvü dəstəkləyib, ikisi əleyhinə səs verib, üçü isə bitərəf qalıb. Kayak və kanoe üzrə olimpiya çempionu Dmitri Dovqalyonok təşkilatın vitse-prezidenti olub.
Qeyd edək ki, Viktor Lukaşenko 2005-ci ildən 2021-ci ilə qədər Belarus Respublikası Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi, 2010-cu il iyulun 29-dan isə Belarus Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.