
Formula 1 üzrə Bəhreyn Qran Prisinin qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "Saxır" halqasında keçirilən yürüşün qalibi "Maklaren"in pilotu Oskar Piastri olub.
İkinci yerdə "Mersedes"in sürücüsü Corc Rassel, üçdə isə Piastrinin komanda yoldaşı Lando Norris qərarlaşıb.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 19-21 sentyabrda keçiriləcək.