Formula-1 rəhbərliyi yeni mövsüm üçün komandaların heyətlərini açıqlayıb.
Sportnet.az xəbər verir ki, 2026-cı il mövsümündə “kral yarışları”nda çıxış edəcək pilot cütlükləri aşağıdakı kimidir:
-
"Maklaren" – Lando Norris, Oskar Piastri
-
"Ferrari" – Şarl Lekler, Lüis Hemilton
-
"Red Bull" – Maks Ferstappen, İsak Hacar
-
"Mersedes" – Corc Rassell, Andrea Kimi Antonelli
-
"Aston Martin" – Fernando Alonso, Lens Stroll
-
"Alpin" – Pyer Qasli, Franko Kolapinto
-
"Haas" – Esteban Okon, Oliver Berman
-
"Rasinq" – Liam Louson, Arvid Lindblad
-
"Uilyams" – Aleksander Albon, Kiçik Karlos Sayns
-
"Audi" – Niko Hülkenberq, Qabriel Bortoleto
-
"Kadilyak" – Valtteri Bottas, Serxio Peres
Qeyd edək ki, Formula 1 üzrə sayca 77-ci dünya çempionatı 24 mərhələdən ibarət olacaq. Mövsümə martın 8-də Avstraliyanın Melburn şəhərində start veriləcək. 26 sentyabrda Bakı Azərbaycan Qran Prisi, dekabrın 6-da isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə sonuncu yarış keçiriləcək.














































































