1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Oyunları Rusiyada keçirilməyəcək
"II Avropa Oyunlarının Rusiyada keçirilməsinə dair razılıq yoxdur".
Sportnet.az-ın məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin (EOC) baş katibi Rafaelo Panyotsi "İnterfax"a açıqlamasında deyib. O bildirib ki, növbəti Oyunlarının məkanı barədə qərar yaxın həftələrdə veriləcək: "2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarınadək Rusiya ilə müəyyən anlaşma var idi. Amma indi bu məsələnin həllinə dair yeni qərara gəlinməlidir. EOC-un Belarusun paytaxtı Minskdə keçiriləcək Baş Assambleyasında ən vacib qərarlar qəbul olunacaq. Fikrimcə, yekun qərar bir neçə həftə ərzində veriləcək".
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda keçirilib. Avropa Olimpiya Komitələrinin 45-ci Baş Assambleyası 20 - 22 oktyabrda qitənin 50 ölkəsindən olan nümayəndələrin iştirakı ilə keçirləcək.