1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Qran Prisinin trasında dəyişiklik
2017-ci ilin iyununda Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin trasında kiçik dəyişikliklər ediləcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer "championat.com"a açıqlamasında deyib.
T.Butçer yığılan təcrübə sayəsində ötən illə müqayisədə şəhər küçələrinin daha gec bağlanıb, tez açıla biləcəyini söyləyib. O, trasa düşən piyada keçidlərinin axşam saatlarında sakinlərin istifadəsinə veriləcəyini istisna etməyib: "Hazırda bu variant üzərində işlənilir. Trasın konfuqrasiyasında heç bir dəyişiklik edilməyəcək. Bəzi döngələrdə bordür dəyişiləcək. Bir neçə yerdə isə genişləndirmə işləri aparılacaq. Bu ərazilər qəza olacacağı təqdirdə, bolidləri trasdan çıxarmaq üçün istifadə olunur. Beynəlxalq Avtomobil İdmanı Federasiyası da bəzi yerlərdə kiçik dəyişiklik etməyi xahiş edib".
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2017-ci ilin 23 - 25 iyununda keçiriləcək.