
"Bakıda küçə itlərinə qarşı baş verən qanunsuz zorakılıq hallarının "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur!"
Sportnet.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.
"Son vaxtlar Bakıda küçə itlərinə qarşı qanunsuz zorakılığa yolverildiyinə dair sosial mediada yayılmış xəbərlər diqqətimizdən yayınmayıb. Bizim belə halların baş verib-verməməsi ilə bağlı məlumatımız yoxdur. Amma şəhərimizdə küçə itlərinə qarşı qanunsuz zorakılıq baş verirsə, biz bu halları qətiyyətlə pisləyirik!" deyə BŞH rəsmisi vurğulayıb.