"Formula1" üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib.
Sportnet.az xəbər verir ki, bu barədə avstriyalı idmançının ailə üzvləri açıqlama yayıb. Lauda mayın 20-də 71 yaşında dünyasını dəyişib.
Üçqat dünya çempionu 1976-cı ildə ağır qəzaya düşərək, çoxsaylı yanıq xəsarətləri almasına baxmayaraq, cəmi 6 həftə sonra yenidən idmana qayıtmışdı. O, yanıq xəsarətlərinin yerlərini qırmızı şapkası ilə örtmüşdü. 1990-cı illərin ortalarında isə Lauda böyrək köçürməsi əməliyyatına məruz qalıb. Donorlardan biri isə onun həyat yoldaşı olub. 2018-ci ilin avqustunda ciddi infeksiya keçirən Laudaya ağ ciyər köçürülüb. Titullu pilot bir ildir paddokda görünmürdü. Onun İspaniya Qran-prisində iştirakı gözlənilsə də, səhhətindəki növbəti problemlər buna imkan verməyib.
Qeyd edək ki, Niki Lauda karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"nin Müşahidə Şurasının sədri olub (AutoCity.az).