Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev Beynəlxalq Kiber İdman Federasiyasının (İESF) İdarə Heyətinə üzv seçilib.
Bu barədə Sportnet.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibiSəmayə Məmmədova məlumat verib.
İESF-in prezidenti Kolin Vebster Ramil Əliyevin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı fikirlərini bölüşüb: "Ramil Əliyevin, onun təcrübəsi və təfərrüatlara ətraflı diqqəti ilə, İESF-in İdarə heyəti üçün çox faydalı olacağı şübhəsizdir. Mən, bütün digər İdarə heyətinin üzvləri kimi, Ramil ilə iş birliyimizi səbirsizliklə gözləyirəm" - deyə qurumun rəhbəri bildirib.
Qeyd edək ki, R.Əliyevin İdarə Heyətində üzvlüyü bu ilin dekabrına planlaşdırılan növbəti seçkilərə qədər etibarlıdır.