
"Formula-2" pilotu Antuan Yuber Belçika Qran-prisi zamanı qəzaya düşərək həlak olub.
AutoCity.az xəbər verir ki, 22 yaşlı fransalı sürücü qəxadan sonra xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yuber zərbə zamanı aldığı zədədən ölüb.
Qəzaya düşən ikinci pilot isə Lyej şəhərindəki xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir. Faciə ilə əlaqədar "Formula-2" yarışları dayandırılıb.
Qəza Yuberin döngəni dönərkən hərəkəti düzgün hesablamaması səbəbindən baş verib. Onun arxasınca gələn amerikalı Xuan Korrea Yuberin bolidinə çırpılıb. Çarpışma anı təxminən 274 km/saat sürətlə baş verib.
Qeyd edək ki, "Formula-2" yarışlarının ümumi hesabında Yuber 8-ci sırada gedirdi. Onun hesabında bu mövsüm iki qələbə var idi.