"Liberty Media" "Formula 1" və dözümlülük üzrə ikiqat dünya çempionu Fernando Alonsonun qayıdışında maraqlıdır.
Sportnet.az Autobild nəşrinə istinadən xəbər verir ki, "Formula 1" rəhbərliyi karyerasını "Ferrari"də davam etdirəcəyi gözlənilən Lüis Hemiltonun komandası "Mercedes"lə danışıqlara başlayıb.
Daha əvvəl analoji müraciətin "Red Bull"a da ünvanlandığı xəbərləri yayılıb. Lakin həmin vaxt Alonsonun "Honda"nın motor ustaları ilə münasibətlərinin qaydasında olmadığına əsaslanan Avstriya komandası "Liberty Media"ya "yox" cavabı verib.
Jurnalist Ralf Bax yazıb: "Amerikalılar üçün bu, Məhəmməd Əli - Co Freyzer qarşıdurması erası ilə müqayisə olunardı".