Əfsanəvi "Le Manın 24 saatı" marafonu koronavirus pandemiyası üzündən təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, iyunun ortalarında keçirilməli olan avtomobil yarışı sentyabra ertələnib. Sayca 88-ci yürüşün 13-14 iyulda təşkili planlaşdırılırdı. Lakin yeni qərara əsasən, "Le Manın 24 saatı" 19-20 sentyabrda baş tutmalıdır.
COVID-19 ötən ilin sonlarında qeydə alınıb. Son məlumatlara əsasən, dünyada bu virus 7000-dən çox insanın həyatına son qoyub. Onların 2500-ü Avropanın koronavirus episentri sayılan İtaliyada dünyasını dəyişib. Koronavirus epidemiyası üzündən "Formula 1"in startı, dözümlülük avtoyürüşü üzrə dünya çempionatının Sebrinq və Belçika mərhələləri təxirə salınıb.