2020-ci ildə "Formula 1" üzrə Monako Qran-prisi heç bir tarixdə keçirilməyəcək.
Sportnet.az-ın "Formula 1"in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə ən qədim mərhələlərdən birinin təşkilatçıları bəyan ediblər.
Sonuncu dəfə Monakoda bu növ üzrə Qran-pri 1954-cü ildə keçirilməyib. Az öncə isə "cırtdan dövlət"in knyazı II Alberin koronavirusa yoluxduğu müəyyənləşib.
Qeyd edək ki, "Formula 1" rəhbərliyi bu gün Niderland, İspaniya və Monako Qran-prilərinin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb. Səbəb kimi koronavirus pandemiyası göstərilib. Beləliklə, builki dünya çempionatının 5 - 7 iyunda keçiriləcək Azərbaycan Qran-prisindən tez başlamayacağı müəyyənləşib.