Azərbaycan idmançıları bu il nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medal sayında yeni rekord müəyyənləşdiriblər. Bu barədə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, ilin ötən11 ayı ərzində
dünya və Avropa çempionatları, eləcə də Dünya Kuboku turnirlərində ümumilikdə
789 medal əldə olunub. Bu isə ötənilki göstəricidən 7 medal çoxdur. Rəhimov
bildirib ki, hələ bəziyarışların protokolu nazirliyə təqdim edilməyib. O,
bütün yarışlar yekunlaşdıqdan sonra medal sayının 800-ü keçəcəyinə əminliyini
bildirib.Bununla belə, nazirlik rəsmisi olimpiya növləri üzrə medal
sayının ötən ilə nəzərən az olacağını vurğulayıb. Amma o, hələlik dəqiq sayı
bilmədiyini əlavə edib.
Qeyd edək ki, Azərbaycan idmançıları2013-cü
ildə Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda
- dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 280 qızıl,
233 gümüş və 269 bürünc olmaqla,ümumilikdə 782 medal qazanıblar.
Bunlardan 296-sı(101 qızıl, 74 gümüş, 121 bürünc) Olimpiya, 486-sı (179
qızıl, 159 gümüş, 148 bürünc) qeyri-Olimpiya növlərindən əldə olunub.2012-ci
ildə isəidmançılarımız 735 medala (255 qızıl, 244 gümüş, 236 bürünc)
sahib olublar. (Report.az)