
"Ferrari" ilə müqaviləsini yeniləməkdən imtina edən "Formula 1" pilotu Sebastyan Fettel başqa komandaya keçə bilər.
Sportnet.az "Sky Sports"a istinadən xəbər verir ki, 4 qat dünya çempionu "McLaren"lə danışıq aparır.
Bildirilib ki, almaniyalı sürücü Britaniya təmsilçisində "Ferrari"yə keçidi gündəmdə olan ispaniyalı Karlos Saynsı əvəzləyə bilər.
Qeyd edək ki, "Ferrari" illik əmək haqqı 40 milyon avro olan S.Fettelə ildə cəmi 12 milyon avro təklif edib.