
Bu gün "İdman TV" və Azərbaycan Radiosu 105FM-nin ortaq yayımında "Extra Time" proqramı efirə gedib.
Sportnet.az xəbər verir ki, İlkin Babanın aparıcısı olduğu verilişdə idman mətbuatının vəziyyəti müzakirə olunub.
Proqramın qonaqları Sport24.az saytının baş redaktoru Ceyhun Əliyevlə Qol.az saytının baş redaktoru Aydın Bağırov olublar. Veriliş zamanı Sportnet.az-a 6 yaşı münasibətilə təbrik də ünvanlanıb.
*Azərbaycan idman mediası Qafqazda liderdir.
* İnsanların böyük yazı oxumağa hövsələsi çatmır.
*Klubların reklam fəaliyyətində problemlər var.
*Gənc idman jurnalistləri işini yaxşı görür.