
"Formula 1" pilotu Valtteri Bottas “Mercedes” komandası ilə yeni müqavilə imzalayıb.
Sportnet.az komandanın rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı sürücü ilə razılaşma 2021-ci il mövsümü üçün nəzərdə tutulub. Növbəti mövsümdə o, artıq 5-ci dəfə “Mercedes”in heyətində yarışacaq.
Ötən illər ərzində Bottas 12 poul qazanıb, 8-i qələbə olmaqla, 39 dəfə podiuma yüksəlib. Onun “Mercedes”i təmsil etməyə başladığı mövsümdən bu yana komanda, ardıcıl olaraq Konstruktorlar kubokunun qalibi olub. Fərdi yarışda V.Bottas ikinci (2019-cu il) və üçüncü (2017-ci il) yerləri tutub.
Bu mövsüm finlandiyalı pilot 58 xalla ikinci yerdədir. Onun komanda yoldaşı Lüis Hemilton isə 88 xalla liderdir.