
Azərbaycanın rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru “Azərlotereya” ASC-yə məxsus “Misli” brendinin sponsorluğu ilə Azərbaycanda idmanın inkişafına dəstək məqsədilə keçirilən “Goal+ Summer Festival”ı yekunlaşıb.
35 gün davam edən festival U-20 futbol turnirlərinin qaliblərinin mükafatlandırma mərasimi ilə sona çatıb. U-20 üzrə birinciliyi “Sabis Tigers” komandası qazanıb. Qaliblər müxtəlif dəyərli hədiyyələr və diplomlarla təltif ediliblər.
“Misli”nin festivalda təmsil olunmasında əsas məqsəd idmanın inkişafına diqqət və qayğı göstərərək sağlam həyat tərzinin təbliği, futbola olan marağın artırılması ilə yanaşı, gənclərin asudə vaxtının səmərəli keçirilməsinə dəstək olmaqdır.
Bununla əlaqədar “Misli” iştirakçı sayı 500 nəfərə yaxın, gündəlik azarkeş dövriyyəsi 300 nəfərdən çox olan festivalda müxtəlif idman turnirlərində mehriban və məhsuldar mühitin yaradılmasına töhfə verib.
Qeyd edək ki, 9 iyulda başlayan “Goal+ Summer Festival”ı 15 avqustadək davam edib. Festival çərçivəsində təşkil olunmuş U-20 turnirində 20 komanda, voleybol və basketbol turnirlərində 8, e-sport üzrə isə 16 komanda iştirak edib.