
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Sportnet.az xəbər verir ki, "Prema Racing"dən Oliver Bearman ən yaxşı nəticəni göstərib.
"Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer üçüncü olub.
Qeyd edək ki, aprelin 29-da "Formula 2"də sprint, bir gün sonra isə əsas yarış təşkil olunacaq.