Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, gənclər və İdman naziri Azad Rəhimovun da qatıldığı tədbirdə təhsil naziri Mikayıl Cabbarov yekdilliklə federasiya prezidenti seçilib.
XXX
Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov iclasda federasiyaya yeni prezident seçkisi keçiriləcəyini bildirib.
M.Rəhimov deyib ki, bu vəzifəyə yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovdur: "Biz badmintonda kütləvilik yaratmaq istəyirik. Bunun üçün imkanlar da var. Orta və ali məktəblərin idman zalları vasitəsilə, eləcə də şagird və tələbələrdə maraq yaratmaqla badmintonu inkişaf etdirmək olar".
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının əvvəlki prezidenti Kamal Abdullayev olub. ("Report")