
Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə marşallar üçün növbəti təlim keçirilib.
Sportnet.az xəbər verir ki, Avropa Oyunları Parkında baş tutan təlim nəzəri və praktiki hissələrdən ibarət olub.
Nəzəri hissədə marşallar yarış zamanı üzləşə biləcəkləri müxtəlif vəziyyətlər üzrə məlumatlandırılıb, beynəlxalq standartlara uyğun davranış qaydaları ilə tanış olublar.
Praktiki mərhələdə isə onlar simulyasiya şəraitində təlim keçərək yarış zamanı baş verə biləcək hadisələrə ilkin müdaxilə, təhlükəsizlik tədbirləri və digər mühüm prosedurlar üzrə bacarıqlarını təkmilləşdiriblər.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 19 - 21 sentyabrda keçiriləcək.