
Azərbaycan milli komandasının həndbolçusu Marta Abbasovanın Sportnet.az-a müsahibəsi
- Əvvəlcə Azərbaycan yığmasına gəlişiniz barədə danışardınız...
- Mən artıq 3 ildir ki, burada oynayıram. Həndbolçu karyerama Rusiyanın Tolyatti şəhərində başlamışam. 18 yaşımda isə oradan getmiəşəm. Yekaterinburq komandasından təklif gəlmişdi. 5 il oynadıqdan sonra maliyyə problemləri yarandı. Başqa klub axtarmalı oldum. Bu zaman agentim Bakı ilə əlaqə qurdu və budur mən buradayam (gülür - red.)
- Amma hazırda Azərbaycan həndbolundakı şərait də ürəkaçan deyil...
- Məni hər şey qane edir. İnanın mənə, Rusiyanın bəzi klublarında vəziyyət burdakından da pisdir. Elə Yekaterinburqu götürək: Daim əmək haqqılar gecikirdi və oyunçulara hörmət yox idi. Burada isə şükür Allaha, belə şey yoxdur.
- Elə isə Azərbaycan yığmasının uğursuz nəticələrini nə ilə izah edərdiniz?
- Görünür, bizim oyun praktikamız çatmır. Oyunlarımız azdır. Yerli çempionatda 2-3 oyun olub. Mövsümdə iki dəfə Rusiyaya turnirə və Çağırış Kubokunda 2 oyuna yollanırıq.
- Millinin 13-14 iyunda Farer adaları və Bolqarıstanla Avropa çempionatının 1-ci təsnifat oyunlarına hazırlıqlar necə gedir?
- Tam qüvvə ilə hazırlaşırıq. Baş məşqçimiz Rəfiqə Şabanova məşqlərdə böyük yükləmələr edir. Bu da əvvəlkindən daha çox çətinlik yaradır. Çox istərdik ki, Bolqarıstanı da üstələyərək, növbəti mərhələyə vəsiqə qazanaq.
- Komandada hansısa itki var?
- Təəssüf ki, bəli. Rusiyalı 2 legioner - Oksana Orexova və Səbinə Deqtyarova zədəlidir. Onların tezliklə sağalacaqlarına ümid edirəm.
- Amma yəqin ki, şad xəbər də var. Marina Tankatskaya Türkiyə çempionu olub...
- Bəli. Mariyaya halaldır. Onun nailiyyətinə çox şadam.
- Tankatskaya da yığmaya qoşulacaq?
- Əlbbəttə, gələcək. Biz onsuz nə edə bilərik? Üstəlik, yığmada 2 əsas oyunçu da var: Yekaterina Peçe və Valerintina Salamaxa. Peçe ötən mövsümü Rusiyada "Dinamo" (Volqoqrad) komandasının heyətində keçirib və Çempionlar Liqasında 4-cü yeri tutub. Salamaxa isə neçə ildir Almaniyada "Bayer" (Leverkuzen) klubunun şərəfini qoruyur.
- Belə heyətlə nəyə ümid edirsiniz?
- Bolqarıstanda keçiriləcək oyunları udmaq, təsnifat öncəsi mərhələni keçmək və oktyabrda keçiriləcək təsnifat mərhələsinə vəsiqə qazanmaq istəyirik.
- Buna qadirsiniz?