
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, Elşən Əsədov (66 kq) 3-cü yer uğrunda görüşdə özbəkistanlı Azizbek Ortikova qalib gəlib.
Bununla da cüdoçularımız yarışın ilk gününü 2 medalla tamamlayıblar.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
-----------------------------
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində bürünc medal görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib ukraynalı Dilşot Xalmatov olub. Qarşılaşmadan cərimə xalları sayəsində qalib ayrılan Yusifov üçüncü yeri tutub. Bununla da Azərbaycan yığması Böyük Dəbilqədə ilk medalını qazanıb.
Bu çəkidə yer alan azərbaycanlı digər cüdoçu Balabəy Ağayev isə rəqib belçikalı Yorre Verstraetenə ipponla uduzaraq, 5-ci yeri tutub.
------------------------------
Azərbaycan cüdoçuları Bakıda keçirilən Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxacaqlar.
Sportnet.az xəbər verir ki, 3 idmançı mükafat qazanmaq şansını davam etdirir.
Bunlar Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Elşən Əsədovdur (66 kq). Ağayev belçikalı Jorre Verstraetenlə, Yusifov ukraynalı Dilşot Xalmatovla, Əsədov isə özbəkistanlı Azizbek Ortıkovla üz-üzə gələcək.
Bu gün tamamiyə çıxan digər 9 idmançı isə əvvəlki raundlarda məğlub olublar.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.