
Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start verilib.
Sportnet.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan komandası aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.
Qızların mübarizəsində 48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub.
Oğlanlar arasında 60 kq çəkidə Röyal Qayıbov bürünc medal qazanıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 24 ölkədən 448 idmançı mübarizə aparır.