
Türkiyənin Antalya şəhərində başa çatan cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycan millisi 5 medal qazanıb.
Sportnet.az xəbər verir ki, yarışın ikinci günündə bir gümüş və bir bürünc medal əldə olunub.
Oğlanları arasında 73 kq çəkidə Ayxan Həsənli ikinci, 90 kq çəkidə Səid Qurbanlı üçüncü yeri tutub.
İlk yarış günündə isə Könül Eyvazlı (48 kq) gümüş, Leyla Ələkbərova (48 kq) və Röyal Qayıbov (60 kq) bürünc medal qazanmışdı.
Beləliklə, Avropa Kubokunu 5 medalla başa vuran Azərbaycan millisi ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.