
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U23 Avropa çempionatına bu gün yekun vurulub.
Sportnet.az xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.
Ruslan Nurullayev (72 kq) finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşıb. Ötən il Bakıda keçirilən analoji yarışda bürünc medal qazanan Nurullayev bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 3:2 hesablı qələbə ilə Albaniyada Azərbaycan Himninin 4-cü dəfə səslənməsinə nail olub.
Elmin Əliyevin (82 kq) debüt etdiyi yarışda medal qazanmaq arzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdə finlandiyalı Conni Sarkkinenə 1:4 hesabı ilə məğlub olub.