
Aprelin 12-də İtaliyanın Linyano şəhərində gənclər arasında Avropa Kuboku üçün cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə gerçəkləşəcək iki günlük yarışa 5 çəki dərəcəsində 7 qız cüdoçu qatılacaq.
Cüdoçulara qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığma komandanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Avropa Kubokuna Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Gülnarə Bayramova, Vüsalə Hacıyeva (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kq) və Pərvanə Abdullayeva (70 kq) qatılacaq.
Turnirdə 29 ölkədən 534 idmançı iştirak edəcək.