
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Teleqraf xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda bolqarıstanlı Abu Muslim Amayevi 7:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Bu, Cəfərovun üçüncü qitə çempionluğudur.
***
19:33
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Məmmədli həlledici qarşılaşmada serbiyalı Georgi Tibilovla üz-üzə gəlib. Görüş azərbaycanlı pəhləvanın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, Nihat Məmmədli ikiqat Avropa çempionu olub.