"Zelim Kotsoyev çox yaxşı oğlandır".

 

Sportnet.az xəbər verir ki, bunu Gürcüstan yığmasının cüdoçusu İlia Sulamanidze Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatının 100 kq çəki dərəcəsinin finalında azərbaycanlı Zelim Kotsoyevi məğlub etdikdən sonra deyib.

 

O, Kotsoyevlə həlledici görüşdə qarşılaşmasından məmnunluq ifadə edib: "Çox yorğun idim. Həmişə belə olur: Bir tərəf xal qazandıqdan sonra rəqib hücuma keçməyə çalışır. Zelim yaxşı insan və cüdoçudur. Buna görə də belə bir finala görə şadam. Amma qızıl medal qazandığım üçün daha xoşbəxtəm. Böyük turnirlərdə ən yüksək əyarlı medalım yox idi. Düşünürəm ki, bu, mənim qalibiyyət mentaliletimin yüksəlməsi üçün vacib idi".

 

Avropa çempionatına tam hazırlıq keçə bilmədiklərini deyən Sulamanidze 13 - 20 iyunda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına daha ciddi yanaşmalarının gərəkliyini vurğulayıb: "İndi dünya çempionatı üçün daha çətin məşq etməliyik. Özümü yaxşı hiss edirəm və düşünürəm ki, bu, mənim üçün əla turnir oldu".

 

Qeyd edək ki, Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarının finalında məhz İlya Sulemanidzeni məğlub edərək qızıl medal qazanmışdı. Gürcüstanlı idmançı böyük miqyaslı yarışlarda ilk dəfədir qızıl medal qazanır.