
Azərbaycanın 20 yaşadək yunan-Roma güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən "Çempionlar" turnirində daha 2 medal qazanıblar.
Sportnet.az xəbər verir ki, bu dəfə 60 kq çəki dərəcəsindəki pəhləvanlar fəxri kürsüyə qalxıblar.
Ayxan Cavadov gümüş, Vədat Qasımlı bürünc medala sahib olub.
Bu gün 63 kq, 82 kq və 130 kq-da yer alan güləşçilər mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, ilk yarış günündə Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.