
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev UFC-nin yüngül çəki kəmərindən imtina edib.
Sportnet.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Dana Uayt UFC 317 yarışının döyüşlərini açıqlayarkən deyib.
O, Mahaçevin orta yüngül çəkiyə keçdiyini elan edib. Dağıstanlı idmançının növbəti rəqibi avstraliyalı Cek Della Maddalena olacaq.
Yüngül çəki dərəcəsində kəmər uğrunda döyüşdə gürcüstanlı İliya Topuriya ilə braziliyalı Çarlz Oliveyra üz-üzə gələcək.
Qeyd edək ki, UFC 317 turniri iyunun 28-də təşkil olunacaq. İslam Mahaçevlə Cek Della Maddalena arasındakı döyüşün tarixi açıqlanmayıb.