
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) güləşçi Aslan Abakarovu sərt cəzalandırıb.
AMADA-dan Sportnet.az-a verilən məlumata görə, 22 yaşlı idmançı qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 36 ay müddətinə diskvalifikasiya edilib.
Sərbəst güləşçi 2022-ci ildən Azərbaycanı təmsil edir. O, Rusiyanın idman ustasıdır.
Qeyd edək ki, Aslan Abakarovun Azərbaycan çempionatlarında iki bürünc və bir gümüş medalı var.