
“Bu qələbəyə ehtiyacım var idi”.
Sportnet.az xəbər verir ki, bunu MMA döyüşçüsü Darya Jeleznyakova Bakıda təşkil olunan “UFC Döyüş Gecəsi”ndə Melissa Mallinsi məğlub etdikdən sonra mətbuat konfransında deyib.
29 yaşlı rusiyalı idmançı möhtəşəm hisslər keçirdiyini bildirib: “Dünyanın ən xoşbəxt insanıyam. Son döyüşü uduzmuşdum və 9 ay döyüşsüz idim. Revanş qarşılaşması olduğu üçün çox həvəsli idim”.