
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Sportnet.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasından məlumat verilib.
Məlumata görə, yarışın sonuncu günündə Azərbaycan komandasının üzvü fəxri kürsüyə yüksəlib.
Davud Namazlı (100 kq) gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.