
Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.
Sportnet.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, cari ilin 25-28 iyun tarixlərində İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında ədaləti qoruyan Kənan Hacıəliyev və Sevinc Yusibova Dünya Güləş Birliyi tərəfindən keçirilən imtahanlardan uğurla keçib.
Onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər.
Qeyd edək ki, bununla da Azərbaycanın II dərəcəli hakimlərinin sayı 8-ə çatıb.