
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan Qurbanova üçüncü yer uğrunda görüşdə kanadalı Ella Findinqə 4:1 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Qeyd edək ki, qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kq) mundialın finalına adlayıb. O, avqustun 21-də həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.