
Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatının yeddinci yarış günündə Azərbaycanın daha 2 yunan-Roma güləşçisi medal qazanıb.
Sportnet.az xəbər verir ki, Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutaki ilə görüşdə 3:5 hesabı ilə uduzaraq, gümüş medala sahib olub.
Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub.
Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova “tuş”la uduzub.
Beləliklə, dünya çempionatında Azərbaycan güləşçilərinin medal sayı 8-ə çatıb. Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.